AZ

“Real”ın müdafiəçisinin qardaşı Vəfa Zeynallının qızı ilə evlənib? - İDMAN.BİZ ARAŞDIRDI

“Real”ın müdafiəçisinin qardaşının azərbaycanlı xanım Vəfa Zeynallının qızı ilə evlənməsi barədə sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilib.

İdman.Biz məsələni araşdırıb və yayılan xəbərin həqiqəti əks etdirmədiyini müəyyən edib.

Araşdırmaya görə, toyu olan Lalə Məmmədova Vəfa Zeynallının qızı deyil, onun rəfiqəsinin qızıdır.

Xatırladaq ki, dünən eksklüziv olaraq xəbər vermişdik ki, “Real”ın müdafiəçisi Din Heysenin qardaşı azərbaycanlı xanımla toy edib. Gəlinin qardaşı isə keçmiş futbolçu Emil Məmmədovdur.

Toy zamanı Azərbaycanı “Avroviziya”da təmsil edən Fahree çıxışı ilə mərasimi daha da şənləndirib.

Yusif Sadıqlı

İdman.Biz

Seçilən
98
1
idman.biz

2Mənbələr