Bakı. Trend:
"AzInTelecom" tərəfindən Bakı şəhərində yerləşən iki uşaqbağçasında yeni üztanıma məhsulu ("SİMA Access") pilot layihə kimiuğurla sınaqdan keçib və hazırda tətbiq olunma mərhələsindədir.
Bu sözləri Trend-ə açıqlamasında "AzInTelecom"un ictimaiyyətləəlaqələr bölməsinin əməkdaşı Amin Nəzərli deyib.
O, sistemin işlənmə mexanizmindən bəhs edib: "Əvvəlcədənmüəllim, şagird və valideynlər bu məhsul üzrə üztanımaqeydiyyatından keçəcəklər. "SİMA Access"də əvvəlcədən üztanımaqeydiyyatından keçməyən şəxslər isə müəssisəyə buraxılmayacaqlar.Bu isə təhlükəsizlik baxımından xüsusi önəm kəsb edir".
A. Nəzərli vurğulayıb ki, bu məhsulun ölkədə geniş sferadatəqdim edilməsi də istisna edilmir: "SİMA Access", təkcə tədrismüəssisələrində deyil, eyni zamanda gələcəkdə yaşayış binalarının,iş müəssisələrinin girişində də quraşdırıla bilər. Əsas məqsədtəhlükəsizlik məqsədilə kənar şəxslərin müvafiq müəssisələrəgirişinin qarşısını almaqdır".