AZ

Ağdərə sakini: Elimizə, obamıza qayıdırıq

Ağdan, 9 oktyabr, Tahir Agaməmmədov, AZƏRTAC

Bu gün gözəl, qürurverici gündür. 33 il torpaqlarımızdan uzaq düşmüşdük. Bu həyatı yaşamaq, Vətənsiz, torpaqsız olmaq çox çətin idi. Bu gün çox şükür edirik ki, yenidən torpaqlarımıza qayıdırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdərənin Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Elşən Mustafayev deyib.

"Bu torpaqların həsrətini çox çəkmişik. Bu gün elimizə, obamıza qayıdırıq. Öz yurdumuzda yaşayıb, yaradacağıq. Allah Prezidentimizi, dövlətimizi qorusun, şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin", - deyə o bildirib.

 

Seçilən
15
2
azertag.az

3Mənbələr