AZ

Türkiyə–Azərbaycan–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli toplantısı keçirilir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Toplantı çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın baş nazir müavini, müdafiə naziri İrakli Çixovanini Ankara Mərkəzi Zabitlər Evində qəbul edib.

Nazir Yaşar Güler əvvəlcə Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb. Daha sonra o, Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Seçilən
42
11
apa.az

10Mənbələr