AZ

Azərbaycanda2 yeni data mərkəzinin tikintisi başlayıb, 2027-ci ildə istifadəyə veriləcək

Azərbaycanda iki yeni data mərkəzinin inşasına start verilib.

Bu barədə məlumatı “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Baku Fintech Forum-2025” çərçivəsində açıqlayıb.

O bildirib ki, Hacıqabul və Abşeron rayonunda yerləşəcək data mərkəzləri 2027-ci ilədək tam istifadəyə veriləcək və həm ölkə daxilində, həm də regionda ən böyük mərkəzlərdən biri olacaq.

Fərəcullayevin sözlərinə görə, yeni mərkəzlər Azərbaycanın rəqəmsal infrastrukturunun gücləndirilməsi və regionda məlumat mərkəzləri sahəsində lider mövqeyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Seçilən
37
1
marja.az

2Mənbələr