
Oktyabrın 9-na keçən gecə Rusiyanın Volqoqrad vilayətinin Kotovoye şəhərində Lukoyl-Korobkovski Qaz Emalı Zavoduna pilotsuz uçuş aparatları zərbələr endirib.
Yeniavaz.com UNİAN-a istinadla xəbər verir ki, hücum nəticəsində zavodda yanğın baş verib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov zavodda baş verən hücumu və yanğını təsdiqləyib.
O qeyd edib ki, Kotovski rayonunda vurulmuş PUA-lardan düşən hissələr yanacaq-energetika obyektlərində yanğına səbəb olub.
NASA FIRMS peyk görüntüləri də zavodda yanğın olduğunu təsdiqləyib.