"Mançester Yunayted"in sahiblərindən biri Ser Cim Retkliff komamdanın baş məşqçisi Ruben Amorimə güvənir.
Offsideplus.az xəbər verir ki, 72 yaşlı biznesmen portuqal mütəxəssisi Aleks Ferqyuson və Mikel Arteta ilə müqayisə edib:
"İlk iki ilində Ferqyusonu da istefaya çağırırdılar. Artetanın ilk mövsümlərini xatırlayın. İşlər heç də yaxşı getmirdi.
Biz səbrli olub, gözləməliyik. Uzun müddətdə bunun xeyrini görəcəyik".
Retkliff Amorimə güvənini göstərmək üçün 3 illik yeni müqavilə verəcəyini də bildirib.