AZ

Bu ölkə Azərbaycandan “Niva” alır

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çexiya "AvtoVAZ"ın tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanda istehsal olunan "Niva" markalı minik avtomobillərini alacaq.

Axar.az xəbər verir ki, bu barədə "İdnes" portalı məlumat yayıb.

Bildirilib ki, "Niva" modeli texniki göstəriciləri ilə yanaşı, çex sürücülərinin nostalji marağını da qazanıb.

Belə ki, bu avtomobil Çexslovakiyanın "Navstevnici" (1983) əfsanəvi serialında mühüm rol oynayıb.

Qeyd edək ki, Çexiyada "Niva"nın satış qiymətinin təxminən 498 min kron (təxminən 39.5 min manat) olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
5
axar.az

7Mənbələr