AZ

Itkin düşmüş şəxslər: Azərbaycan beynəlxalq səviyyədə humanitar təşəbbüslərini gücləndirir - ÖZƏL

Oktyabrın 9-da Bakıda itkin düşmüş şəxslərin məsələsinə həsr olunmuş beynəlxalq konfransa  münasibət  bildirən   Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında   tədbirin keçirilməsini alqışladığını  deyib:".

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin çıxışı, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının faliyyəti bu məsələlərin aydınlaşdırılması və həllində mühüm töhfələrdir. Cənab Prezidentin müraciətində səslənən fikirlər isə strateji əhəmiyyət daşıyır. 30 illik təcavüz nəticəsində Ermənistanın törətdiyi itkin düşmə faciələri, 29 kütləvi məzarlığın aşkar edilməsi erməni vəhşiliyinin və anti-humanist davranışının bariz göstəricisidir. Bu məsələlərin üzərindən keçmək mümkün deyildi və Azərbaycan da keçmədi. İtkin düşmüş şəxslərlə bağlı hüquqi və siyasət baxımından vacib maddələrin əks olunması önəmli addımdır. Bütün bunlar tərəflər arasında etimad mühitinin bərpasına xidmət edə bilər və gələcəkdə düşmənçiliyin aradan qaldırılmasına təkan verə bilər. Lakin bunun üçün Ermənistan bu vəhşilikləri etiraf etməli, üzr istəməli və kompensasiya ödəməlidir.
Əgər etimad mühitinin bərpasını istəyirsə, addım-addım irəliləməli və konkret addımlar atmalıdır. Biz bu məsələləri gözardı etməmişik, təşəbbüslər davam edir və bu konfrans da beynəlxalq səviyyədə bu təşəbbüslərin davam etdiyini göstərir. Biz hər bir ölən soydaşımızla bağlı məsələni Ermənistan tərəfindən tələb etməkdə haqlıyıq və bu vasitə ilə Ermənistanın vəhşiliyini dünyaya təqdim edirik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
66
olaylar.az

1Mənbələr