AZ

Kritik informasiya infrastrukturlarına dair minimal tələbləri yerinə yetirməyən strukturlar var - Davud Rüstəmov

Bakı. Trend:

Baş verən hücumların təsiri təkcə bir infrastruktura deyil, dahageniş “kaskad effektinə” səbəb olur. “Ağıllı şəhərlər” bir-birinətəsir göstərə bilər. Hətta kiçik və orta sahibkarlıq subyektlərinininfrastrukturu belə iri müəssisələrin infrastrukturuna təsir edəbilər.

Trendxəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) MilliKibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “CIDC 2025 –Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlikfestivalı çərçivəsində baş tutan “Kibercinayətkarlar üçün yeni oyunmeydançası: "Ağıllı şəhərlər” adlı panel sessiyada çıxışı zamanıdeyib.

Mərkəz rəisi bildirib ki, Avropada tətbiq olunan NIS2direktivinə əsasən, kiçik və orta sahibkarlıq subyektləri artıqkritik infrastruktur subyektləri hesab olunur:

“Azərbaycanda isə hazırda yalnız iri sahibkarlıq subyektləri bukateqoriyaya daxildir. Ancaq bu, kiçik və orta subyektlərinhücumlara məruz qalması halında iri subyektlərin təsirlənməyəcəyianlamına gəlmir”.

D.Rüstəmov vurğulayıb ki, “Ağıllı şəhərlər”lə bağlı Azərbaycandadövlət siyasəti və böyük investisiyalar var. Bu sahədə inteqrasiyasürətlə aparılır və nəticələr əldə olunur. Lakin təhlükələrə qarşımübarizə tədbirləri də vaxtında qurulmalıdır.

“Bu il kritik informasiya infrastrukturlarının ümumi tələblərəuyğunluğunu qiymətləndirərkən məlum oldu ki, həmin tələblər ənminimal səviyyədədir. Təəssüf ki, bu minimal tələbləri belə yerinəyetirməyən strukturlar var. Eyni zamanda bu sahədə ixtisaslaşmamışvə kibertəhlükəsizlik tövsiyələrini düzgün verə bilməyənsubyektlərlə də rastlaşırıq.

Əgər biz “Ağıllı şəhərlər”in təhlükəsizliyindən danışırıqsa,burada mütəxəssis hazırlığı və ixtisaslaşmış kadrların iştirakıvacibdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi, eləcə dəmüvafiq akademik qurumlar bu istiqamətdə təşəbbüs göstərməlidir.Sevindirici haldır ki, özəl sektor da bu sahəyə maraqgöstərir”.

O əlavə edib ki, SCADA sistemlərinin təhlükəsizliyi məsələsi isəkifayət qədər az müzakirə olunur:

“2022 və 2023-cü illərin hesabatlarında da bu mövzuya çox aztoxunulub. Təhlillər göstərir ki, hücumların 35 %-i digərinfrastruktur sistemlərinə təsir edə bilər – bu da “kaskadeffekti”nin real olduğunu sübut edir”.

Seçilən
7
az.trend.az

1Mənbələr