AZ

İki "Mercedes" toqquşdu - Ölən və xəsarət alanlar var (FOTO)

İmişlidə minik avtomobilləri toqquşub.

"Unikal" xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
5
unikal.az

2Mənbələr