AZ

Məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq YENİLİK

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Gələcəkdə məktəb və bütün bağçalarda "SİMA Access" üztanıma sisteminin tətbiqi planlaşdırılır".

Oxu.Az xəbər verir ki, bunu "AzIntelecom" MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub:

"Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən "SİMA Access" həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçalarda bu həyata keçirilməsinə baxmayaraq, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
4
oxu.az

5Mənbələr