AZ

İdarə rəisi: "İtkin düşmüş və girov götürülmüş şəxslərin ailə üzvlərindən 11 mindən artıq bioloji nümunə götürülüb

BAKI, 9 oktyabr. TELEQRAF

Münaqişə dövründə itkin düşmüş və girov götürülmüş şəxslərin ailə üzvlərindən və yaxın qohumlarından 11 mindən artıq bioloji nümunə götürülərək məlumat bankına daxil edilib.

Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində naməlum meyitlərin aşkarlanması məqsədilə Prezidentin 2022-ci ildə imzaladığı sərəncamla dövlət büdcəsindən vəsait ayrılıb və bütün xərclər dövlət hesabına ödənilib.

Seçilən
6
1
teleqraf.com

3Mənbələr