AZ

Beyin aktivliyi üçün yumurtayeyin

Qidalanma üzrə mütəxəssis İrina Selivanova beynin aktivliyini qorumağın yollarından danışıb.

Redaktor.az xəbər verir ki, həkim bu barədə aif.ru-ya müsahibəsində məlumat verib.

Selivanovanın sözlərinə görə, düzgün qidalanma beyin fəaliyyətinin əsas açarıdır.

 “Aydın düşüncə və yüksək yüklənmə zamanı belə tez reaksiya vermək qabiliyyətini qorumağa məhz sağlam qidalanma kömək edir. Bu, neyromediatorların - beynin effektiv işləməsinə cavabdeh olan xüsusi maddələrin - balansını saxlamaqda mühüm rol oynayır.”

Mütəxəssis bildirib ki, zehni dözümlülüyü artırmaq üçün rasionda xolinlə zəngin məhsullar  yumurta, qaraciyər və ya hind quşu əti olmalıdır. O, həmçinin dopamin - motivasiya və zövq hormonu - istehsalını artıran məhsulların da (məsələn, mal əti və paxlalılar) müntəzəm şəkildə qəbul edilməsini tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
5
1
redaktor.az

2Mənbələr