AZ

Qarabağın işğaldan azad edilmiş ərazilərindən ekspertizaya 800-ə yaxın şəxsə məxsus sümük qalıqları qəbul edilib - Ədalət Həsənov

Bakı. Trend:

Qarabağın işğaldan azad edilmiş ərazilərindən Məhkəmə TibbiEspertiza və Patologiya Birliyinə 800-ə yaxın şəxsə məxsus sümükqalıqları qəbul edilib.

Trend xəbər verir ki, bu fikirləri "İtkin düşmüş şəxslərprobleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığıngenişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransdaçıxışı zamanı Məhkəmə Tibbi Ekspertiza və Patoloji AnatomiyaBirliyi bölməsinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, 2020-ci ildə əzəli Qarabağ torpaqlarımız işğaldanazad edildikdən sonra Azərbaycan xalqı 30 ildən sonra l Qarabağmüharibəsində itkin düşmüş və ya qətlə yetirilmiş soydaşlarımızınsümük qalıqlarının aşkar edilməsi və onların şəxsiyyətləriminidentifikasiya işlərinə başlanması imkanları əldə ettdi.

"Bizim laboratoriyalardan keçən sümüklərə əsasən, 327 şəxsəməxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər, kütalətlərlə, güllə və qəlpə yaraları və sair aşkar edilib”.

Ə.Həsənov bildirib ki, sümük qalıqlatının məhkəmə tibbimüayinələri başa çatdıqdan sonra bu skeletlərin hər birindən birneçə nahiyədən xüsusilə sağlam dişlər olmaq şərtilə bilolojinümunələr götürülərək şəxsiyyətin məhkəmə tibbi identifikasiyasıməqsədilə DTX-nin Genetik Mərkəzinə göndərilir:

"Eyniləşmə prosesi başa çatdırıldıqdan sonra sümük qalıqlarıailələrə təhvil verilir. Bütün bu dövrdə maddi sübutlar hesabedilən bu sümük qalıqları Məhkəmə Tibbi Espertiza və Patologiyabirliyinin İkinci Məhkəmə Tibbi Kriminalistika şöbəsində buməqsədlə yaradılan və xüsusi şəraitlərlə təchiz edilən depolardasaxlanılır."

Ə.Həsənov qeyd edib ki, Qarabağın işğaldan azad edilmişərazilərindən hazırda Məhkəmə Tibbi Espertiza və Patologiyabirliyinə ümümilikdə 800-ə yaxın şəxsə məxsus sümük qalıqları qəbuledilib.

"187 şəhidimizin meyiti dövlət komissiyasının tövsiyyəsi vəiştirakı ilə tərəfimizdən ailələrə təhvil verilib."

Seçilən
23
1
az.trend.az

2Mənbələr