Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 25-də Aktauda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasına şəxsən nəzarət etdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Mən də bu vəziyyətə şəxsən nəzarət etdiyiniz üçün sizə təşəkkür etmək istərdim. Biz dəfələrlə fikir mübadiləsi aparmışıq, komandalarımızın üzvləri daimi əlaqədədir. Siz istintaqa şəxsən nəzarət edirsiniz və hər şeyi obyektiv həll edəcəyinizə şübhəmiz yox idi. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - deyə İlham Əliyev bildirib.
Nurlana ƏhmədovaMissiya.Az