Çexiya Azərbaycanda "Azərmaş" zavodunda istehsal olunan "Niva" markalı avtomobilləri alacaq Musavat.com xəbər verir ki, məlumatı yerli "Idnes" portalı yayıb.
Bildirilir ki, alqı-satqı Rusiyanın "AvtoVAZ" şirkəti ilə tərəfdaşlıq proqramı vasitəsilə baş tutacaq.
Portal qeyd edib ki, texniki xüsusiyyətləri ilə yanaşı, Niva çexlərin rəğbətini qazanıb, çünki yolsuzluq avtomobili Çexoslovakiyanın "Qonaqlar" (Návstevníci, 1983) kult serialında görkəmli rol oynayıb.
İdnes Çexiyada Nivanın təxmini qiymətinin 498 000 kron (təxminən 39,6 min manat) olduğunu qeyd edir.
Musavat.com