Dizel mühərrikləri etibarlı olsa da, bəzən pis istismar rejimi onun tez sıradan çıxması ilə nəticələnir
Avtosfer.az xəbər verir ki, dizel mühərriklərinin normal işləməsi üçün o müəyyən işçi temperaturadək qızmalıdır. Dizel xarakter etibarı ilə gec qızır. Doğrudur, cihazlar lövhəsində indikator mühərrikin qısa bir vaxtda 60-70 dərəcə qızdığını göstərə bilər. Lakin, iş burasındadır ki, dizel mühərrikdə yağ və soyuducu maye çox olduğundan yağ gec qızır. Şəhər şəraitində bir neçə kilometr sürüldükdə mühərrik kifayət qədər qıza bilmədiyi üçün yanacaq da tam yanmır. Nəticədə mühərrikdə his və şlak əmələ gəlir. Tıxacda addım-adım getməkdə belə şlakların yaranmasını sürətləndirir. Uzun müddət aşağı dövrdə işləmək müasir dizellərin tez aşınması ilə nəticələnir. Bunun üçün imkan daxilində maşını magistralda yüksək sürətlə sürmək lazımdır.
Dizel mühərrikini sıradan çıxaran ikinci amil keyfiyyətsiz yanacaq-sürtlü materiallarıdır. Buna görə də yanacağı yaxşı reputasiyası olan yerlərdən almaq zəruridir. Yağdəyişmə məsələsinə gəlincə: birmənalı şəkildə keyfiyyətli və istehsalçının tələblərinə uyğun yağdan istifadə edilməlidir. Daha vacib məsələ isə, yağ dəyişmələri arasında intervalı qısaltmaqdır.
Vüqar