AZ

Alıcıların ən çox narazı qaldığı 11 avtomobil açıqlandı

Bəzi avtomobillər sahibləri üçün tam bir məyusluğa çevrilə bilər. Bu, adətən aşağı etibarlılıq, zəif yığım keyfiyyəti və ya gözləniləndən yüksək yanacaq sərfiyyatı ilə bağlı olur. 

Avtosfer.az xəbər verir ki, "Consumer Reports" jurnalının son hesabatında sürücülərin ən çox narazı qaldığı avtomobillər müəyyən edilib. Reytinqə minik avtomobilləri, krossoverlər və yolsuzluq modelləri daxil edilib.

Ən çox narazılıq doğuran 11 model:

1. "Jeep Grand Cherokee PHEV"
2. "Jeep Compass"
3. "Volkswagen Taos"
4. "Mazda CX-90 PHEV"
5. "Nissan Sentra"
6. "Toyota Corolla Cross"
7. "Mercedes-Benz C-Class"
8. "Infiniti QX60"
9. "Audi Q8 E-Tron"
10. "Nissan Altima"
11. "Audi Q4 E-Tron"

Hesabata əsasən, ən aşağı məmnunluq səviyyəsi "Jeep Grand Cherokee PHEV" modelində qeydə alınıb. Bu hibrid yolsuzluq avtomobilinin sahiblərindən yalnız 34 faizi onun alınmasını tövsiyə edib.

Ekspertlər "Grand Cherokee PHEV" modelinin əsas çatışmazlıqlarından birinin öz sinfi üçün yüksək yanacaq sərfiyyatı olduğunu vurğulayır. Bundan əlavə, hibrid versiya daxili yanma mühərrikli standart modeldən xeyli baha başa gəlir.(valyuta.az)

Seçilən
7
1
avtosfer.az

2Mənbələr