AZ

Məhəmməd Buşlaybi: Azərbaycanın təşkil etdiyi CIDC 2025 birgə kibertəlimlərin ideal nümunəsidir

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan tərəfindən təşkil olunan “Critical Infrastructure Defense Challenge-2025” (CIDC-2025) birgə kibertəlimlərin keçirilməsinin ideal nümunəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin İnformasiya Təhlükəsizliyi Xidmətinin baş meneceri Məhəmməd Buşlaybi CIDC-2025 çərçivəsində keçirilən “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə” panel sessiyasında çıxışı zamanı deyib.

Məhəmməd Buşlaybi qeyd edib ki, BƏƏ-dən olan mütəxəssislər təlimlərdə “mavi komanda” kimi iştirak etsələr də, pentestinq, insidentlərə cavab vermək və idarəetmə proseslərində də yüksək bacarığa malikdirlər.

“Ən vacib, çatışmayan element – realizm idi. Azərbaycan tərəfindən təşkil edilən bu kibermüharibə məhz həmin boşluğu doldurdu və birgə kibertəlimlərin necə keçirilməli olduğuna bariz nümunə oldu”, – deyə M.Buşlaybi vurğulayıb.

Seçilən
16
1
azertag.az

2Mənbələr