AZ

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin12-ci üçtərəfli görüşü çərçivəsində Ankara şəhərinə səfəri davamedir.

Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovilə gürcüstanlı həmkarı cənab İrakli Çikovani arasında oktyabrın9-da ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığınınregionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə dəölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızıngörüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatdagörüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə dəəlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər,üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütünsahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitindəfiravan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsbetdiyini bildiriblər.

Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeniperspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərinintensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçininqarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikirmübadiləsi aparılıb.

Zakir
Zakir
Zakir
Məqalədə:
Seçilən
34
10
az.trend.az

10Mənbələr