Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
NASA-nın peyk görüntüləri Rusiyanın bir sıra qaz və neft emalı müəssisələrində, o cümlədən Kotovodakı “Lukoyl”un Korobkovski Qaz Emalı Zavodu və Volqoqrad vilayətindəki “Efimovka” Neft Nasos Stansiyasında yanğınların olduğunu aşkar edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın ASTRA Telegram kanalı məlumat yayıb.
Yerli sakinlər şübhəli pilotsuz təyyarə hücumundan sonra zavodda yanğın baş verdiyini bildiriblər.
Bölgə qubernatoru yanğının yanacaq-energetika obyektlərində baş verdiyini qeyd edərək hadisəni təsdiqləyib.
Korobkovski Qaz Emalı Zavodu Rusiyanın cənubundakı ən böyük təbii qaz emalı müəssisəsidir. Efimovka Neft Nasos Stansiyası Transneft-Volqa Regionu ASC-nin infrastrukturunun bir hissəsidir.
Xatırladaq ki, oktyabrın 9-na keçən gecə naməlum pilotsuz təyyarələr Volqoqrad vilayətinə hücum edib. Kütləvi hücum nəticəsində Rusiyanın hava hücumundan müdafiəsi zərbələrin bir hissəsini dəf etdi, lakin qazanxanaya dəyən ziyan və yanacaq-energetika obyektlərində yanğınlar qeydə alınıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.