AZ

Aqrar sektorun kreditləşməsində müsbət dinamika davam edir

Bu ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6332 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, aqrar sektorda fəaliyyət göstərən şəxslərə 4003 müraciət üzrə 78 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin ilk 8 ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 39,7 faiz, məbləği isə 45,8 faiz artıb.

Kredit məbləğinin təyinatı üzrə bölgüsü:

- Texnika və avadanlıq təyinatlı kreditlər - 51,1 milyon manat (+22,2 faiz);

- Güzəştli kreditlər – 12,4 milyon manat (+19,7 dəfə);

- Mikrokreditlər - 14,5 milyon (+34,2 faiz).

Seçilən
34
vergiler.az

1Mənbələr