AZ

Dünyada yeni yanaşama və konsepsiyalara ehtiyac var - Qəzənfər Əhmədov

Bakı. Trend:

Gün ərzində çox məzmunlu məruzələr və çıxışlar dinlədik. 3 ildirki, bu həssas humanitar mövzuya həsr olunmuş konfransayığışırıq.

Trend xəbərverir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi QəzənfərƏhmədov "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərinbirləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusundakeçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, qeyd edib ki, konfrans əməkdaşlıq imkanlarının artırılmasındayeni üfüqlər açır. Bu konfrans müddətində Bosniya və Hersoqovinailə memordum imzalandı:

“Beynəlxalq konfrans həmçinin itkin düşənlərin əzizlərindəonların tapılması ilə bağlı yeni ümid yaradır. İnsanlığın bütünistirab və azad qorunmasının bir yolu silahlı münaqişələrindayandırılmasıdır. Son illər silahlı münaqişələrin artması ciddinarahatlıq yarandan amildir”.

Q.Əhmədov vurğulayıb ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraqmüharibə cinayətlərinin adi hal alması, mülki insanların vurulması,humanitar məsələlərin siyasiləşdirilməsi ilə bağlı açıq böhranyaşanır:

"Dünyada yeni yanaşamalar və konsepsiyalara ehtiyac var. Bu günkonfransda yekun olaraq bəyanatın layihəsinin qəbuluplanlaşdırılır".

Seçilən
18
az.trend.az

1Mənbələr