AZ

ABŞ Türkiyənin gəmiqayırma şirkətinə qarşı sanksiyaları ləğv etdi

BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ Rusiya ilə əməkdaşlıq edən Türkiyənin gəmiqayırma şirkəti “Kuzey Star”ı sanksiya siyahısından çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir .

Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, şirkət Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində sanksiyalara məruz qalan qurumlar siyahısından çıxarılıb.

Məhdudiyyətlərin aradan qaldırılmasının səbəbi açıqlanmır.

2025-ci ilin yanvarında Türkiyənin “Kuzey Star” gəmiqayırma zavodu 2023-cü ilin may ayında ABŞ-nin sanksiya siyahısına əlavə edilmiş “Atomflot” ilə əməkdaşlıq etdiyi üçün anksiyalara məruz qalıb.

Sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaraya qarşı sanksiyaları dərhal ləğv etməyə hazır olduğunu bildirib .

Seçilən
7
3
teleqraf.com

4Mənbələr