“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı oyunçusu adına layiq görülüb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ötən ay Almaniya çempionatında 3 oyuna çıxaraq 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 5-ci turda “Verder”ə qarşı (4:0) matçda Keyn het-trik edərək “Bavariya”da 100-cü qolunu vurub. Hücumçu 2023-cü ilin yayından Münhen klubunda çıxış edir.