AZ

“Klublararası Dünya Çempionatı qlobal uğur qazandı”

FİFA prezidenti Canni İnfantino bu ilin yayında ABŞ-da keçirilmiş Klublararası Dünya Çempionatının nəticələrindən danışıb və turnirin böyük uğurla başa çatdığını bildirib.

90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, funksioner qeyd edib ki, turnir futbol klubları üçün gəlirli və perspektivli layihəyə çevrilib:

“Çempionlar Liqası yaradıldığı vaxt onun illik gəliri təxminən 40 milyon avro idi, indi isə 4 milyard avroya çatıb. İlk Klublararası Dünya Çempionatının gəliri 2 milyard avro təşkil edibsə, 30 ildən sonra bu rəqəm 200 milyarda yüksəlməlidir. Bu, klublar üçün real gəlir mənbəyidir.

Biz turniri daha da təkmilləşdirmək və böyütmək üçün klublar və maraqlı tərəflərlə birgə işləyəcəyik, çünki bu, hamının xeyrinədir.”

FİFA prezidenti turnirin həm idman, həm də azarkeş marağı baxımından uğurlu keçdiyini vurğulayıb:

“Mən subyektiv ola bilərəm, amma bu, hər baxımdan böyük uğur idi. Stadionlarımızda ümumilikdə 2,5 milyon azarkeş iştirak etdi. Orta tamaşaçı sayı 40 min nəfər idi və yalnız İngiltərə Premyer Liqası bu göstəricini üstələyir. Dünyanın hər yerində bu turnirə maraq var və biz bu marağı milli liqaların, Avropa və dünya səviyyəli yarışların inkişafına yönəltməliyik.”

Seçilən
16
90deqiqe.az

1Mənbələr