AZ

Tuzlada gəmi batıb: 1 ukraynalı işçi həlak olub

Türkiyənin Tuzla bölgəsindəki tərsanələr ərazisində gəminin batması nəticəsində bir ukraynalı fəhlə ölüb, bir neçə işçi isə yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Tuzla tərsanələri ərazisində naməlum səbəbdən gəmi  batıb.

Gəmidə olan bir ukraynalı işçi həlak olub, bir neçə nəfər isə yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.

Qruplar ərazidə işlərini davam etdirir.

QAZİLER.AZ

Seçilən
22
1
qaziler.az

2Mənbələr