AZ

Qəzzada atəşkəs razılaşması sülhü gətirə bilərmi? -AÇIQLAMA 

HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

Bəs gedişat necə dəyişə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan verən "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü vurğuladı ki, müharibədənsə, silahların danışmağındansa, insanların masa arxasında müzakirə edib danışması və problemin həlli üçün addım atması daha məqsədəuyğundur:

"Amma mən düşünmürəm ki, HƏMAS bununla razılaşdısa və yaxud İsrail də HƏMAS-ın hansısa təklifinə razılaşdısa, bu münaqişə sona çatacaq və Yaxın Şərqə, Fələstinə, İsrailə sülh gələcək. Çünki köklü olaraq problemlər qalır. Bu, Fələstinin bir dövlət kimi mövcudluğu məsələsidir, İsrail bununla razılaşmır. Ərəblərin müəyyən hüquqları ilə bağlı yəqin ki, məsələlər var, bunları razılaşdırmaq olmur".

Analitikin fikrincə, vəziyyəti dəqiqləşdirmək lazımdır:

"Bu gərginlikdə o qədər insanlar həlak olub, o qədər nifrət toxumları səpilib ki, məsələlərin yekunlaşa biləcəyini gözləmək olmur. Amma bütün bunlara baxmayaraq, HƏMAS-ın atəşkəs razılaşmasının əldə olduğunu təsdiqləməsi, İsrailin atəşkəs məsələsinə razılaşması və digər atəşkəslə bağlı məsələlərin razılaşdırılmasını mən yüksək və müsbət qiymətləndirirəm".

Aytəkin TOFİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr