AZ

Rumıniya hökuməti Azərbaycanla müdafiə sahəsində yeni əməkdaşlıq sazişinin hazırlanması barədə memorandumu təsdiqləyib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Buxarest, 9 oktyabr, AZƏRTAC

Rumıniyanın “Ziua Constanța” və “Juridice” xəbər portallarının məlumatına görə, Rumıniya hökuməti Azərbaycanla müdafiə sahəsində yeni əməkdaşlıq sazişinin hazırlanması və danışıqların başlanması barədə memorandumu təsdiqləyib. Rumıniyanın hökumət iclasında qəbul edilən qərar tərəflər arasında strateji tərəfdaşlığın hərbi və müdafiə istiqamətində daha da genişləndirilməsinə xidmət edəcək.

Xəbərdə qeyd olunur ki, bu addım 1999-cu ildə imzalanmış əvvəlki müdafiə sazişinin 2009-cu ildə qüvvədən düşməsindən sonra əməkdaşlığın yenidən bərpasına yönəlib. Yeni razılaşma tərəflər arasında müdafiə planlaşdırılması, birgə təlimlər və təhlükəsizlik sahəsində informasiya mübadiləsini əhatə edə bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

3Mənbələr