AZ

İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı

style='margin-bottom:10px;'>

“Barselona” və PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç karyerasında ən çox təsir edən dörd məşqçini açıqlayıb. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin işləmək istədiyi iki məşqçinin də adını çəkib.

İbrahimoviç bildirib:

“Futbol həyatımda Karlo Ançelotti, Pep Qvardiola, Fabio Kapello və Joze Mourinyo böyük rol oynayıb. Həmçinin mən Yurgen Klopp və Aleks Ferqyusonla da işləmək istəyirdim”.

44 yaşlı futbolçu peşəkar karyerası ərzində “Yuventus”, “İnter”, “Milan”, “Barselona” və PSJ-də oynayıb. O, İsveç millisində 122 oyun keçirib, 62 qol vurub.

Seçilən
20
2
teleqraf.com

3Mənbələr