AZ

Tokayev Rusiyaya səfər edəcək

BAKI, 9 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 12-də Rusiyaya rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, Rusiya-Mərkəzi Asiya Sammitində bildirib.

Tokayev qeyd edib ki, hazırda Qərbi Avropa - Çin magistral dəhlizinin ötürmə qabiliyyətinin artırılması üçün konkret tədbirlər görülür. 2030-cu ilə qədər Qızılordadan Rusiya sərhədinə qədər olan hissə dörd zolaqlı hərəkətə çevriləcək. Qazaxıstan bu təşəbbüsə beynəlxalq maliyyə institutlarını, bankları və investisiya fondlarını cəlb etmək niyyətindədir.

“Konkret olaraq Qazaxıstan və Rusiya agentlikləri bu layihəni noyabrın 12-də Rusiyaya səfərimdən əvvəl müzakirə edə bilərlər”, - Tokayev bildirib.

Səfər zamanı liderlər ikitərəfli münasibətlərin bütün spektrini, o cümlədən humanitar məsələləri müzakirə edəcəklər.

Seçilən
10
3
teleqraf.com

4Mənbələr