AZ

“Barselona”nın transfer borcu 159 milyon avroya çatıb

İspaniyanın “Barselona” klubu ötən illərdə həyata keçirdiyi transfer ödənişləri ilə bağlı digər klublara ciddi borclarını hələ də tam ödəməyib.

90deqiqe.Az “Goal”a istinadən xəbər verir ki, “Barselona”nın transfer öhdəlikləri 159,1 milyon avro təşkil edir və onun 140,6 milyon avrosu yaxın bir il ərzində ödənilməlidir.

Ən böyük borc braziliyalı yarımmüdafiəçi Rafinyanın transferinə görə “Lids Yunayted” klubuna məxsusdur və 41,9 milyon avro təşkil edir.

Bundan əlavə:

“Sevilya” – Jül Kunde üçün 24,5 milyon avro,

“Bavariya” – Robert Levandovski üçün 20 milyon avro,

“Mançester Siti” – Ferran Torres üçün 13,3 milyon avro borc alıb.

Hesabata görə, kataloniyalıların digər keçmiş transfer öhdəlikləri də mövcuddur və ödənilməyi gözləyir.

Seçilən
6
90deqiqe.az

1Mənbələr