AZ

Tramp İsrailə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp gələn bazar günü İsrailə səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Ağ Ev rəhbərinin bir neçə rəsmi mərasimdə, o cümlədən Qərb Divarında keçiriləcək tədbirlərdə iştirakı və Knessetdə çıxışı gözlənilir. .

Amerika prezidentinin səfəri qısa - təxminən səkkiz saat davam edəcək.

Bu gün Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanan sazişlərin birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.

Seçilən
5
operativmedia.az

1Mənbələr