Futbol millimiz sabah Dünya Çempionatı seçmələri çərçivəsində Fransa millisinin qonağı olacaq. 

Offsideplus.az xəbər verir ki, Fransa millisində Kilian Mbappe və baş məçqçi Didye Deşam Azərbaycan millisinə qarşı ciddi hazırlaşmaq lazım olduğunu bildirib.

Fransa millisinin kapitanı sağ topuğundakı yüngül ağrıya baxmayaraq, Azərbaycanla qarşılaşmada oynayacağını bildirib: “Düşünürəm ki, ciddi problem olmayacaq” - deyə Mbappe bildirib. 

Ulduz futbolçu zədəsini ötən həftə “Real Madrid”in oyununda alıb, lakin həkimlərin müdaxiləsindən sonra vəziyyətinin ciddi olmadığını deyib. 

Mbappé, həmçinin, baş məşqçinin onun oynamasını istədiyini qeyd edib:  “Məşqçi (Didye Deşam) mənim oynamamı istəyir. Düşünmürəm ki, ciddi bir problem olsun.”

Didye Deşam isə zədənin vəziyyətini belə izah edib: “Bu, oyununa mane olacaq səviyyədə deyil. Daha çox topuğundakı hissiyyatına bağlıdır.”

Deşam, həmçinin, Azərbaycan barədə xəbərdarlıq edib və Azərbaycanla matç öncəsi futbolçularına rəqibi kiçiltməmək barədə xəbərdarlıq edib:
“Onlar Avropanın ən güclü komandalarından biri olmasa da, Ukrayna ilə bərabərə qaldılar. Futbolçularının 7-si "Qarabağ"da oynayır və bu komanda Çempionlar Liqasında ilk iki oyununu qazanıb.”

Fransa millisinin vəziyyəti:
Onlar hazırda qrupda ilk iki oyundan 2 qələbə ilə zirvədədir. Komanda Azərbaycanla cümə günü PSJ-nin “Park de Prens” stadionunda, daha sonra isə üç gün sonra İslandiyada oynayacaq.