AZ

BMT-nin Mənzil, Şəhərsalma və Torpaq İdarəçiliyi Komitəsinin 86-cı  sessiyası keçirilir

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Cenevrə şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Mənzil, Şəhərsalma və Torpaq İdarəçiliyi Komitəsinin 8-10 oktyabr 2025-ci il tarixlərində təşkil etdiyi 86-cı sessiyasında iştirak edir.

“İki sahil” xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndələri, nazirlər, beynəlxalq ekspertlər və aidiyyəti təşkilatların təmsilçiləri bir araya gələrək dayanıqlı şəhərsalma, mənzil siyasəti və torpaq idarəçiliyi sahəsində aktual məsələləri müzakirə ediblər.

Sessiyanın əsas müzakirə mövzuları sırasında şəhərlərin iqlim dəyişikliklərinə qarşı davamlılığının artırılması, əlçatan və münasib mənzil təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadə və innovativ şəhər planlaşdırılması modellərinin tətbiqi yer alıb.

Seçilən
2
ikisahil.az

1Mənbələr