AZ

Rumıniya mediası Biləsuvarda inşa olunan Günəş Elektrik Stansiyasından yazıb

Buxarest, 9 oktyabr, AZƏRTAC

Azərbaycanın Biləsuvar rayonunda inşa edilən 445 MVt gücündə Günəş Elektrik Stansiyasında ilk panel quraşdırılıb.

Rumıniyanın “Focus Energetic” nəşri bildirir ki, bu stasiya 1400 hektar ərazini əhatə edəcək və 943 mindən çox Günəş paneli quraşdırılması planlaşdırılır. Gücü 625-630 Vt təşkil edən Günəş panelləri mərhələli şəkildə əraziyə gətiriləcək. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq.

Layihənin həyata keçirilməsində Çinin “JA Solar” şirkətinin texnologiyalarından istifadə ediləcək. Məqalədə qeyd olunub ki, stansiya gələn il fəaliyyətə başlayacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
5
1
azertag.az

2Mənbələr