AZ

Tramp etirazlar fonunda Nazirlər Kabinetinin iclasını keçirəcək

ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetini görüş üçün çağıracaq.

Busaat.az xəbər verir ki, bu görüş Fələstin-İsrail sülh prosesində müəyyən irəliləyişlərin əldə olunması, həmçinin ABŞ-da hökumətin qismən bağlanması və kütləvi nümayişlər zamanı baş verəcək.

Bundan əvvəl KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın onun sülh planının birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb. Baş nazir Benyamin Netanyahu Trampa təşəkkür edib və onu Knessetdə çıxış etməyə dəvət edib.

Aprel ayında ABŞ-da Donald Trampın daxili və xarici siyasətindən narazılıqdan qaynaqlanan genişmiqyaslı etiraz aksiyaları başlayıb. Nümayişlər 50 ştatın hamısında 1400-dən çox şəhərdə keçirilib. Ən böyük etiraz aksiyası təxminən 20.000 iştirakçının iştirakı ilə Vaşinqtonda keçirilib.

Yeganə

 

Seçilən
5
busaat.az

1Mənbələr