Müdafiə naziri Katz İsrail qüvvələrinə HƏMAS-a qəti şəkildə cavab verməyi əmr edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İsrail müdafiə naziri Yoav Kats ordunun Qəzza zolağında HƏMAS tərəfindən istənilən təhdid və ya İsrail qüvvələrinə zərər halında qəti cavab verməsi barədə göstəriş verib.
Bu qərar Baş Qərargah rəisi Zami və digər yüksək rütbəli hərbi rəsmilərlə keçirilən məsləhətləşmələrdən sonra qəbul edilib.
Direktiv hökumətin atəşkəslə bağlı razılaşmanı təsdiqləyib qüvvəyə mindirənədək keçid dövrü üçün müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.az