AZ

“Bunları edərsə, onu namizəd kimi göstərəcəyik” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketləri göndərsə və Rusiya ilə atəşkəsin əldə olunmasına kömək etsə, Kiyev onu Nobel Sülh Mükafatına təqdim edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Zelenski açıqlamasında onu da söyləyib ki, Trampın vasitəçilik missiyası bölgədə sülhün bərpasına real töhfə verə bilər.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Ukraynaya raketlərin göndərilməsinə hazır olduğunu bəyan edib. O, raketlərin necə istifadə ediləcəyini Zelenski ilə müzakirə etməyi planlaşdırdığını da vurğulamışdı.

Seçilən
7
4
bakivaxti.az

6Mənbələr