Bunu Demokrat.az-a açıqlamasında son illərdə yeniyetmələr arasında qətllərin artmasından danışan vəkil Tağı Hüseynov deyib. O, bu cür halların artmasında digər səbəb kimi təhsilin bərbad vəziyyətdə olmasını qeyd edib:
“Azərbaycanda təhsil sistemi darmadağındır. Uşağın adı gedir, öz məktəbə getmir. Bu da uşaqda avara həyata meyil yaradır. Əvvəl məktəb ərazisində, məktəb yaxınlığında bir hadisə olanda, müəllimlər müdaxilə edirdi, tədbir görülürdü. İndi sanki müəllimlər də bezib, hər kəs özünü, ailəsini düşünür. Məktəb sistemi normal işləmir, bu, əsas səbəblərdən biridir. İkincisi də narkotikin geniş vüsət almasıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az