AZ

Şamaxıda torpaq sürüşməsi sakinlərə təhlükə yaradıbVİDEO

Son günlər yağan güclü yağışlar Şamaxının Muğanlı kəndində torpaq sürüşməsini daha da aktivləşdirib.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, illərdir davam edən sürüşmə indi daha təhlükəli hal alıb. Evlərdə dərin çatlar yaranıb.

Bəzi sakinlər kənd ərazisində yeni  ev tikməsinə baxmayaraq, sürüşmə nəticəsində həmin evlər yenidən yaşayış üçün yararsız hala düşür. Belə vəziyyət son bir ayda davam edir.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, Muğanlı kəndində baş verən torpaq sürüşməsi müəyyən müddət ərzində zəiflədiyinə görə, əhalinin köçürülməsi ilə bağlı rəy verilməyib. Hazırda məsələ yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. Nazirlik tərəfindən aparılacaq növbəti monitorinqlər zamanı Muğanlı kəndində sürüşmənin yenidən aktivləşməsi təsdiqlənərsə, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhalinin köçürülməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
2
xezerxeber.az

1Mənbələr