AZ

Türkiyəli fenomendən şok addım: 16 milyonluq YouTube kanalını bağladı

Türkiyəli fenomendən şok addım: 16 milyonluq YouTube kanalını bağladıTürkiyənin ən məşhur YouTube fenomenlərindən biri olan Enes Batur son günlərdə şəxsi həyatı ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, keçmiş sevgilisi Başak Karahanın evlənməsi ilə bağlı paylaşımları ilə diqqət çəkən Batur, indi isə uzun illər fəaliyyətdə olan YouTube kanalını tamamilə bağlayıb.

16 milyon abunəçisi olan və 6 ildən çox müddətdə minlərlə videoya milyonlarla baxış toplayan kanalın birdən bağlanması sosial mediada böyük reaksiyalar doğurub.

Baturun bu qərarı nə üçün verdiyi barədə rəsmi açıqlama yoxdur. Bəzi izləyicilər bunun yeni bir mərhələyə keçid olduğunu düşünərkən, bəziləri fenomenin sosial mediadan tamamilə uzaqlaşmaq istədiyini iddia edir.

Qeyd edək ki, bir müddət əvvəl Başak Karahanın evlənəcəyini açıqlaması Baturun emosional reaksiyasını yenidən üzə çıxarmışdı. Karahanın toy günü Batur, hesabında olan 4 mindən çox videonu və təxminən 10 milyon dollarlıq məzmunu silmişdi.

Seçilən
22
sonxeber.az

1Mənbələr