AZ

Narkotik ittihamı ilə bağlı saxlanılaraq ifadə verən Hadisenin aylıq gəliri açıqlandı

Narkotik ittihamı ilə bağlı saxlanılaraq ifadə verən Hadisenin aylıq gəliri açıqlandıİstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan genişmiqyaslı istintaq sənət və əyləncə dünyasında böyük rezonans doğurub. İstintaq çərçivəsində Hadise, Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka və Özge Özpirinçci kimi bir çox tanınmış şəxs ifadə verib. Onlara gəlir vəziyyəti, peşələri, sosial media paylaşımları və narkotik maddələrlə hər hansı əlaqələrinin olub-olmaması barədə suallar yönəldilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur müğənni Hadise ifadəsində aylıq gəlirinin 700–800 min türk lirəsi (təxminən 20–23 min manat) arasında dəyişdiyini açıqlayıb. O, narkotik maddələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb və bildirib:

"Mənim narkotik maddə ilə heç bir əlaqəm yoxdur. Həyatımın heç bir dövründə stimullaşdırıcı maddə istifadə etməmişəm. Sosial mediada belə mövzuda paylaşım etməmişəm, bu tip məzmunları alıntılamamış və ya yenidən paylaşmamışam. Stimullaşdırıcı maddə istifadə olunan bir mühitdə olmayıb, satış edən şəxslərlə görüşməmişəm və bu istiqamətdə heç bir pul köçürməsi etməmişəm".

Seçilən
108
sonxeber.az

1Mənbələr