ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həll olunacağına inandığını bir daha bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni razılaşmaları şərh edərkən deyib.
"Xatırladığınız kimi, biz yeddini bitirdik, bu da səkkizincidir. Yeddi müharibəni, böyük münaqişələri, müharibələri bitirdik. Bu, səkkizincidir. Və mən düşündüm ki, Rusiya və Ukrayna arasındakı vəziyyət ən tez həll oluna bilər. Yenə də inanıram ki, bu baş verəcək", - deyə ABŞ prezidenti əlavə edib.