Rusiya Dövlət Dumasının MDB ölkələri, həmvətənlərlə əlaqələr üzrə komitənin sədr müavini Konstantin Zatulin erməni mediasına verdiyi müsahibədə yenə sərsəmləyib.
KONKRET.az xəbər verir ki, o, müsahibəsində narahatlığını gizlətməyib. Vurğulayıb ki, Azərbaycan Türkiyə ilə ittifaq qurur. Rusiya və Azərbaycan arasındakı tərəfdaşlıq iqtisadi və mədəni səviyyədən uzağa gedə bilməz.
“Rusiya Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdə bir daha dediklərini təsdiqlədi və baş verənlərin mahiyyətini daha ətraflı izah etdi, xüsusilə də Ukrayna pilotsuz aparatlarının hava limanına hücumundan bəhs etdi. Məhz bu hücum sonrakı faciənin əsas səbəbi olmuşdu.
Bu görüş münasibətlərin normallaşdırılması istəyi ilə bağlıdır. Mən Rusiya və Azərbaycan arasında mövcud olmayan “strateji müttəfiqlik” anlayışının tərəfdarı deyiləm. Bizim aramızda ticarət-iqtisadi, mədəni və digər əlaqələr mövcuddur, amma tam mənada ittifaq münasibətləri Türkiyə və Azərbaycan arasındadır.
Mən özüm münasibətlərin normallaşmasının tərəfdarıyam. Qonşu ölkə ilə münasibətlərin normallaşması tamamilə qanuni, məntiqli və dövlətlərarası münasibətlərin sabitliyi üçün zəruri bir prosesdir.
Bundan belə nəticə çıxarmaq olarmı ki, biz Azərbaycanla ittifaq barədə özümüzü aldatmalıyıq? Mən hesab edirəm ki, bu görüş heç bir halda bu barədə özümüzü aldatmaq üçün əsas deyil”, – deyə Zatulin qeyd edib.
Günel Mikayılova
KONKRET.az