AZ

Çexiyada Azərbaycan istehsalı avtomobillərin satışına başlanıb

Çexiyanın “Idnes” nəşrinin məlumatına əsasən, Çexiyada “Lada Niva” SUV-nin satışına başlanılıb. İdxalçı AMC Autocentrum Kratonohy bu avtomobillərin “qeyri-rus mənşəli” olduğunu göstərir, çünki onlar “AvtoVAZ” tərəfdaşlıq proqramı çərçivəsində olsa da, Azərbaycanda “Azərmaş” zavodunda yığılıblar:

“Bu, yerli istehsal olan məhsuldur, onun VIN-i NVA ilə başlayır. Nəqliyyat vasitələrinin idxalı mövcud qanunvericiliyə tam uyğun olaraq həyata keçirilir. Onlar Aİ-yə rəsmi şəkildə gətirilib və qanuni olaraq gömrükdən keçib”, – AMC bildirir.

İdnes qeyd edir ki, Niva çexlər üçün kult avtomobilidir, çünki bu avtomobil 1983-cü ildə çəkilmiş Çexoslovakiyanın “Qonaq” serialının süjetində mühüm rol oynayıb. “Lakin onun spesifik xüsusiyyətlərinə ehtiyacı olan və daha çox pul ödəyə bilməyən və ya istəməyənlər üçün mahiyyətcə alternativ yoxdur”, – avtomobil icmalının müəllifi yazır.

Xatırladaq ki, Lada Niva-nın Çexiyada qiyməti 498 min krondan (təxminən 1,9 milyon rubl) başlayır. Azərbaycanda avtomobillərin yığılmasına 2024-cü ilin martında başlanılıb. AvtoVAZ-ın baş direktoru Maksim Sokolov bildirib ki, Azərbaycanda istehsalın açılması şirkətə həmin ölkədə bazar payını bərpa etməyə kömək edə bilər.

//Samir Qurbanov, Editor.az 

Seçilən
18
1
editor.az

2Mənbələr