BMT, Qəzza sektorunda saxlanılan girovların azad edilməsi məsələsində tərəflərə istənilən formada yardım göstərməyə hazırdır.
News365.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik məlumat verib.
“Anladığımıza görə, hazırda girovların azad edilməsinin detalları üzərində iş görülür. Biz, təbii ki, istənilən şəkildə tərəflərə kömək etməyə hazırıq”, - o vurğulayıb.