Almaniyanın qərbindəki Qaylenkirhendə (Şimali Reyn-Vestfaliya) NATO aviabazası üzərində naməlum pilotsuz uçuş aparatı görünüb.
"Unikal" xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.
Məlumata görə, PUA bazanın təhlükəsizlik zonasında aşkar edilib. O uçuş zolağının üzərindən aşağı hündürlükdə uçaraq keçib.
Aparatın növü və onun buraxılış qurğusu hələ müəyyən edilməyib.
Qeyd edək ki, Qaylenkirhen aviabazası NATO-nun şərq cinahında hava nəzarəti əməliyyatlarında əsas rol oynayır.