AZ

154 min manatlıq cərimə yazılan şirkət “Azərbaycan Turizm Bürosu”nun tenderini uddu

Azərbaycan Turizm Bürosu informasiya texnologiyaları avadanlıqları və proqram təminatı üzrə lisenziyaların alınması satınalması üzrə keçirilən tenderin qalibini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkət “İNFİNİTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Şirkətlə 182.184,92 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.

32gun.az-ın əldə etdiyi dibgər məlumata görə, qalib şirkət səyyar vergi yoxlamaları üzrə məsuliyyətə cəlb olunub. Yoxlamanın nəticəsinə əsasən 102.500,87 manat əlavə vergi və 51.250,44 manat maliyyə sanksiyası hesablanıb.

Bundan əlavə, vergi öhdəlikləri üzrə – 2007-ci il Vergi Məcəlləsinə əsasən vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə şirkətə 1 hal üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib.

Rəsmi qeydiyyat məlumatlarına görə, “İnfinitech” MMC-nin nizamnamə kapitalı 250.020 manat, ünvanı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli, ev 9, mənzil 107, qanuni təmsilçisi isə Mustafa Əyyubov Sabir oğludur.

Seçilən
29
nocomment.az

1Mənbələr